Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Advanced Data Science & Deep Learning” vebinarı təşkil edilib

“Advanced Data Science & Deep Learning” vebinarı təşkil edilib

Tarix: 15 Dekabr 2020 18:21

“InnoWeek – İnnovasiya həftəsi 2020”nin növbəti onlayn tədbiri keçirilib.
 
“Advanced Data Science & Deep Learning” adlı vebinar Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Robopark” layihəsi çərçivəsində “Matrix” Təlim Mərkəzi tərəfindən təşkil olunub.
 
İtaliyada “Data Science” üzrə magistr təhsili alan Ülviyyə Cəfərli müvafiq sektora dair təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
 
Vebinarda Dərin öyrənmə, Obyektin aşkar olunması, NLP-Təbii Dilin Emalı kimi maraqlı istiqamətlər müzakirə predmeti olub.
 
Eyni zamanda “Data Science” sahəsinin incəliklərindən, karyera imkanları və bu istiqamətdə real nümunələrdən bəhs edilib.
 
Vebinara 1000-ə yaxın izləyici qatılıb. İzləyicilərin marağına səbəb olan tədbir interaktiv keçib, 200-ə yaxın iştirakçının sahə üzrə sualları cavablandırılıb.



 



Etiketlər:  Advanced Data Science Deep Learning vebinarı təşkil edilib


RƏYLƏR