Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sumqayıt''da 3 illik müqavilə

''Sumqayıt''da 3 illik müqavilə

Tarix: 11 Iyul 2019 15:08

2019/2020 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" heyətinə yeni futbolçular cəlb edib.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, "gənclik şəhəri" təmsilçisi akademiyasının yetirmələri və əvəzedici komandanın üzvləri olan Rüfət və Səbuhi Abdullazadə ilə 3 illik müqavilə imzalayıb. Rüfət "Sumqayıt"da 20, Səbuhi isə 28 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, U-19 millimizin üzvü olan gənc yarımmüdafiəçilər 2017/18 mövsümündə Premyer Liqada debüt ediblər. Rüfət qeyd olunmuş mövsümün 11-ci turunda "Keşlə" ilə qarşılaşmada (3:1) ilk Premyer Liqa oyununu keçiribsə, Səbuhi bu uğura 14-cü turda "Kəpəz"lə oyunda (3:0) nail olub. Onlar 2017/18 mövsümündə Premyer Liqada oynamış ən gənc futbolçular olublar.

 


Etiketlər:  Sumqayıtda illik müqavilə


RƏYLƏR