Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

2020-ci ildə ən çox satılan ağıllı saatlar hansılardı?

2020-ci ildə ən çox satılan ağıllı saatlar hansılardı?

Tarix: 15 Dekabr 2020 23:24

2020-ci ilin üçüncü rübündə ağıllı saat satışlarında əhəmiyyətli artım müşahidə olunub. Çin smart saat tədarükündə 6% artıma nail olsa da, Apple onu qabaqlayıb.

Sonxeber.net techland.az-a istinadən bildirir ki, Counterpoint Research şirkətinin araşdırmasına görə, bu sektorda keçən ilin eyni dövrü ilə müqayisədə 6% artım müşahidə olunub.

Apple Watch vasitəsilə liderliyini yeniləyən Apple şirkətinin bazar payı  28% olub. Mütəxəssislərin fikrincə, buna səbəb bu il Apple Watch SE-nin təqdim edilməsidir.

Araşdırmaya görə, Huawei ən çox satılan ağıllı saat markasıdır. Keçən ilin eyni dövrü ilə müqayisədə istehsalını artırıb. İstehsal göstəriciləri 10%-dən  15%-ə yüksəlib. Şirkət məhsulları arasında uşaqlar üçün modellərə xüsusi tələbat müşahidə edilib.

Samsung, Galaxy Watch 3 ilə satışlarını 10%-ə qədər artıraraq bazarda əhəmiyyətli yeri tutub.


Etiketlər:  2020 ildə çox satılan ağıllı saatlar hansılardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ