Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Böyük Britaniyada karantin qaydaları yenidən sərtləşdirilir

Böyük Britaniyada karantin qaydaları yenidən sərtləşdirilir

Tarix: 16 Dekabr 2020 02:30

Böyük Britaniyanın cənubunda, Cənubi Uelsdə, paytaxt Londonda və ölkənin şərq və cənub-şərqinin bir hissəsində koronavirusa yoluxmada kəskin bir artım olduğuna görə karantin qaydaları yenidən sərtləşdirilir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Səhiyyə Katibi Mett Hankok kəskin artımın səbəbinin virusun yeni aşkarlanan bir mutasiyası ola biləcəyini və bu növ virusun ölkənin cənubunda daha çox müşahidə olunduğunu söyləyib.

Buna görə Krallığın bəzi ərazilərində 3 mərhələli karantin qaydaları tətbiq olunacaq.

Çərşənbə günündən etibarən London, Cənubi və Qərbi Esseks və Hertfordşayr ərazilərində yenidən gücləndirilmiş karantin rejimi tətbiq olunacaq.

Milli.Az


Etiketlər:  Böyük Britaniyada karantin qaydaları yenidən sərtləşdirilir


RƏYLƏR