Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2019 15:42
Bakı. Trend:
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakininin həyətindən çətənə kolları evindən isə qurudulmuş marixuana və digər narkotik vasitələr aşkar edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Əmrah Zülfiqarovun yaşadığı evə və həyətyanı sahəsinə keçirdikləri baxış zamanı oradan 24 ədəd çətənə kolu, 2 kiloqram 131 qram qurudulmuş maixuana, həmçinin çətənə tumları, heroin, narkotik vasitələrin alqı-satısında istifadə edilən 1 ədəd elektron tərəzi və qurudulmuş marixuananı istifadəyə hazırlamaq üçün xüsusi aparat aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin