Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şəhid Elgün Əmiraslanovun ailəsinin sosial təminat və məşğulluq məsələləri həll olunur - Nazirlik

Şəhid Elgün Əmiraslanovun ailəsinin sosial təminat və məşğulluq məsələləri həll olunur - Nazirlik

Tarix: 16 Dekabr 2020 17:45

Bakı. İlhamə İsabalayeva - Trend:

Vətən müharibəsi zamanı şəhid olan hərbi qulluqçumuz Elgün Əmiraslanovun atası Sərvan Əmiraslanov da növbədənkənar özünüməşğulluq proqramına cəlb olundu və yaxın günlərdə ona mal və materiallar verilməklə, kiçik təsərrüfatı yaradılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinidən Trend-ə bildirilib ki, şəhidin ailəsi ilə görüşən nazirliyin əməkdaşları bu barədə ailəni məlumatlandırıblar.

Göygöl rayonunda yaşayan ailəyə Prezidentin şəhid ailələri üçün nəzərdə tutulan
aylıq təqaüdünün, ailə üzvlərinə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət
təyin olunacaq.

Bu sosial ödənişlərin, habelə şəhidin həyat yoldaşına və 1 yaşlı uşağına ailə
başçısını itirməyə görə pensiyanın, eləcə də həmin uşağa əlavə olaraq aylıq müavinətin
təyin olunması üçün sənədləşmə işi artıq yekunlaşır. Bu barədə də ailəyə məlumat
verilib.

Bildirilib ki, ailə şəhid ailələrinə sığorta ödənişi kimi verilən birdəfəlik ödəmə (11
min manat) ilə də təmin olunacaq.

Qeyd edək ki, şəhidin anası işləyir, qardaşı Nizaminin məşğulluğunun təminatı
üçün də işlər aparılır.

Mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyan ailə kimi qeydiyyata
alındıqları halda ailənin gələcəkdə növbəlilik əsasında evlə təmin ediləcəyi diqqətə
çatdırılıb.


Etiketlər:  Şəhid Elgün Əmiraslanovun ailəsinin sosial təminat məşğulluq məsələləri həll olunur Nazirlik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ