Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2020 08:36
"Samsung" şirkəti uzun müddət avtonom işləyə biləcək yeni "Galaxy M12" smartfonunu hazırlayır. "Gizmochina" nəşri yeniliyin sertifikatlaşdırılması haqqında məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, orta qiymət seqmentinə aid olan smartfon "Exynos 850" prosessoru, aparatın standart versiyası isə 3 QB əməli yaddaşla təchiz ediləcək. "Geekbench 5" məhsuldarlıq testində "Galaxy M12" aparatı birnüvəli testdə 178, çoxnüvəli testdə isə 1025 bal toplayıb.
HD+ təsvir ölçülü ekranın diaqonalı 6,5 düym təşkil edəcək. Telefonda "iPhone 12" stilində tərtib edilmiş kvadrokamera reallaşdırılacaq. "Samsung Galaxy M12" aparatı 7000 milliamper/saat tutumlu batareya ilə təchiz ediləcək. Enerjidoldurma "Type-C" portu vasitəsilə reallaşdırılacaq.
Sözügedən smartfon 2021-ci ilin əvvəlində çıxarılacaq.