Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Barselona'' lideri zirvədən saldı

''Barselona'' lideri zirvədən saldı

Tarix: 17 Dekabr 2020 09:18

İspaniya La Liqasında 19-cu turun iki oyunu keçirilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu gün "Barselona" lider "Real Sosyedad"la qarşılaşıb. "Nou Kamp"da keçirilən görüş Kataloniya təmsilçisinin qələbəsi ilə başa çatıb - 2:1.
 
Qeyd edək ki, İspaniya superkubokunun oyunlarına görə La Liqanın 19-cu turunun 2 qarşılaşması erkən keçirilib. Superkubok uğrunda "Barselona", "Real", "Atletik" və "Real Sosyedad" mübarizə aparacaq.

16 dekabr

İspaniya La Liqası, 19-cu tur

"Barselona" - "Real Sosyedad" - 2:1
Qollar: Alba, 31. De Yonq, 43 - V.Xose, 27

15 dekabr
 
"Real" - "Atletik" 3:1

Qeyd edək ki, hazırda turnir cədvəlinə 11 oyuna 26 xal toplayan "Atletiko" başçılıq edir. "Real Sosyedad" (14 oyun) və "Real" (13 oyun) da eyni xalla 2-ci, 3-cü yerləri bölüşür. "Vilyarreal" 22 xalla 4-cü, "Barselona" 20 xalla 5-cidir.  

Milli.Az


Etiketlər:  Barselona lideri zirvədən saldı


RƏYLƏR