Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakının bu küçələrində sürət həddi endirildi

Bakının bu küçələrində sürət həddi endirildi

Tarix: 17 Dekabr 2020 10:15

Bakı. Ceyhun Ələkbərov - Trend:

Bakının bəzi küçə və prospektlərində sürət həddi endirilib.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən bildiriblər. Qeyd olunub ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib:

"Sürücülərdən yollarda sürət həddinə əməl etmələrini, meteoroloji amilləri nəzərə almalarını və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalarını xahiş edirik.

Eyni zamanda, piyadalara yolun hərəkət hissəsinə çıxmamaq və yolun qarşı tərəfinə keçərkən müəyyən olunan piyada keçidlərindən istifadə etmələri tövsiyə edilir".


Etiketlər:  Bakının küçələrində sürət həddi endirildi


RƏYLƏR