Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tbilisidə komendant saatı zamanı küçə və prospektlər işıqlandırılmayacaq

Tbilisidə komendant saatı zamanı küçə və prospektlər işıqlandırılmayacaq

Tarix: 18 Dekabr 2020 19:38

Tbilisidə və paytaxtın yaxınlığında olan rayon və qəsəbələrdə tətbiq olunan karantin rejimi zamanı şəhərin küçə və prospektlərində işıqlar axşam saat 21:00-dan etibarən söndürüləcək. Yalnız Tbilisidəki Yeni il ağacı işıqlandırılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə jurnalistlərə Tbilisi şəhərinin meri Kaxa Kaladze məlumat verib.

Mer bildirib ki, dekabrın 18-də komendant saatı başlayan zaman Yeni il ağacı istisna olmaqla, şəhərin küçə və prospektlərində işıqlandırılma dayandırılacaq. Onun sözlərinə görə, şəhərin işıqlandırılmasına 700 min lari xərclənir.

Mer, həmçinin deyib ki, komendant saatı 21:00-dan deyil, 23:00-dan və ya 00:00-dan tətbiq oluna bilər. Bununla bağlı müzakirələr davam edir.

Milli.Az


Etiketlər:  Tbilisidə komendant saatı zamanı küçə prospektlər işıqlandırılmayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ