Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu günlərdə küçəyə çıxma qadağası qoyula bilər - İnfeksionistdən AÇIQLAMA

Bu günlərdə küçəyə çıxma qadağası qoyula bilər - İnfeksionistdən AÇIQLAMA

Tarix: 19 Dekabr 2020 10:02

"Baxmayaraq ki, ölkəmizdə koronavirusun son günlərdə artımı müşahidə olunur, mövsümlə əlaqədar bu artım öncədən gözlədiyimiz üçün koronavirusun nəzarətdən çıxdığını düşünmürəm". 

Bunu Sonxeber.net-a açıqlamasında həkim-infeksionist Nilufər Məmmədova deyib.

İnfeksionist bildirib ki, qarşıdan gələn bayram günlərində insanlar bir az daha səbrli olaraq bayramı birlikdə keçirmək kimi vərdişlərdən bu illik, bu bayramlıq uzaq olmalıdırlar:

"Koronavirusun gözlənildiyi kimi soyuq aylarda artması virusun özünə xas bir xüsusiyyətidir. Ancaq əsas odur ki, şad xəbərlər gəlir. Peyvəndləməylə, vaksinlərlə bağlı müsbət nəticələr var. Ona görə də növbəti aylarda vaksinasiyadan alınan nəticələr hesabına virusa yoluxanların sayında azalma görüləcək və həmçinin də sərt karantin rejiminin tətbiqi yaxın günlərdə testi pozitiv çıxan insanların sayında da xeyli fərq yaradacaq. 

Əsas odur ki, qarşıdan gələn bayram günlərində insanlar bir az daha səbrli olaraq bayramı birlikdə keçirmək kimi vərdişlərdən bu illik, bu bayramlıq uzaq olmalıdırlar. Mütləq şəkildə qapalı məkanlardan bacardığımız qədər uzaq durmalıyıq. Ailəvi və kütləvi toplantılardan çəkinməliyik. Çünki bu amillərin virusun sayının azalmasında çox böyük rolu olacağını düşünürəm. Sərt karantin rejiminin yaxın günlərdə effekt verəcəyini, bundan sonra da vaksinasiyanın daha da təkmilləşdirilməsi nəticəsində yaz aylarına doğru yoluxanların sayının azalmasını müşahidə edəcəyimizə ümid edirik. 

Yaxın bir həftə ərzində yoluxanların sayında kəskin artmalar müşahidə olunsa bayram günlərində daha da sərtləşdirilmiş karantin rejimi, küçəyə çıxmaq qadağasının qoyulması məqsədəuyğundur. Çünki istər-istəməz bayram günlərində əksəriyyəti 3 saatlıq SMS icazəsi ilə olsa belə şəhərə çıxmaq təşəbbüsündə olacaq. Bu da komtaktların sayının artmasına və yenidən yoluxma sayının daha da artmasına gətirib çıxara bilər. Ona görə də növbəti bir həftə ərzində yoluxanların sayında kəskin artma müşahidə olunsa, bayram günlərində küçəyə çıxma qadağasının qoyulmasını məqsədəuyğun hesab edirəm. 

Hətta insanlarda heç bir simptomlar olmasa belə, bayram günlərində yaxınları ilə görüşməyi təxirə salsınlar. Çünki bəzən bu xəstəlik asimptomatik (simptomsuz) də müşahidə olunur".

Təhməz Əsədov


Etiketlər:  günlərdə küçəyə çıxma qadağası qoyula bilər İnfeksionistdən AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ