Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 13:36
Pakistan keçmiş baş nazir Nəvaz Şərifin Böyük Britaniyadan ekstradisiyası prosesinə başlayır.
Sonxeber.net APA-ya istinadən bildirir ki, Pakistan hakimiyyəti iki maddə ilə mühakimə olunan Pakistanın keçmiş baş naziri Nəvaz Şərifin ekstradisiya olunması müqaviləsinin bağlanması üçün qanuni prosesə başlayıb.
Pakistanın İnformasiya naziri Şibli Fəraz müsahibəsində bildirib ki, "Pakistan Şərifi qaytarmaq üçün çalışır və və çalışacaq".
Qeyd edək ki, hazırda Pakistan və İngiltərə arasında ekstradisiya müqaviləsi yoxdur. Müqavilənin bağlanması prosesi bir neçə il çəkə bilər.