Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Dekabr 2020 20:52
Şanxayda istifadəyə verilmiş ilk "ağıllı" robot meqapolisin turistlər arasında ən populyar marşrut xəttində sərnişinlərə məlumat vərəqələri paylamağa başlayıb. Bu haqda yerli "Shine" informasiya resursu məlumat verib.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, robot 49 nömrəli avtobus marşrutunun dayanacaqlarından birində yerləşdirilib. Hündürlüyü 1 metr olan robot avtobus konduktorunun uniforması rəngində rənglənib, robotun üz hissəsində isə qoruyucu tibbi maska var. Robot səsli rejimdə sərnişinlərlə ünsiyyət saxlaya bilir, başa toxunuşa isə reaksiya olaraq sorğu üzrə məlumat vərəqələrinin verilməsi rejimini aktivləşdirir. Robot sınaq rejimində avtobusun hərəkət marşrutu və hava proqnozu barədə məlumat verir.
Robot bütün informasiyanı yalnız səsləndirmir, həm də mətn şəklində ekrana çıxarır. Sorğu üzrə əlavə məlumatların əldə edilməsi üçün robot yaxınlıqdakı "Wi-Fi" giriş nöqtələrinə qoşula bilər.