Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi - FOTO

Dama-dama çantada həbsxanadan qaçan şəxs 21 il sonra ələ keçdi - FOTO

Tarix: 20 Dekabr 2020 21:22

21 il əvvəl Rusiyada həbsxanadan qaçan şəxs Gürcüstanda saxlanılıb.

Sonxeber.net-ın oxu.az-a istinadən məlumatına görə, Nikolay Pavlyuk ötən əsrin 90-cı illərində Rostov şəhərində quldurluqla məşğul olub.

Qarətlə əlaqədar 21 yaşlı gənc səkkiz il müddətinə azadlıqdan məhrum edilib. Lakin müddətin yarısı bitməmiş gənc məhbus darıxıb və nəzarətçiyə pul verərək iki tanışı ilə birlikdə oradan qaçıb: Dama-dama çantanın içində qıvrılıb qalan məhbusları nəzarətçinin yoxlanışından keçirmədən həbsxanadan çıxarmaq mümkün olub.

Sonradan Pavlyuk saxta sənədlərlə Qazaxıstanda, Almaniyada görünüb. Bu müddətdə o, evlənib, ata olub və boşanıb.

Xüsusi təhlükəli cinayətkarı, nəhayət, Gürcüstanda saxlamaq mümkün olub.

Hazırda onun vətəninə ekstradisiyası müzakirə edilir.


Etiketlər:  Dama dama çantada həbsxanadan qaçan şəxs sonra ələ keçdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ