Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Müharibədə qəhrəmanlıq dastanı yazan şəhid polkovnik-leytenant - Abakar Hacıyev - VİDEO

Müharibədə qəhrəmanlıq dastanı yazan şəhid polkovnik-leytenant - Abakar Hacıyev -  VİDEO

Tarix: 21 Dekabr 2020 15:28

Vətən müharibəsində qəhrəmanlıq dastanı yazdı, Füzulidən Xocavəndə qədər döyüş yolu keçdi və sonda şəhidlik zirvəsinə ucaldı...

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Zaqatalanın Dardoqqaz kəndində doğulub boya-başa çatan igid oğullarımızdan biri şəhid polkovnik-leytenant Abakar Hacıyevdən gedir.

Aprel döyüşlərinin də iştirakçısı olmuş qəhrəmanımız Xocavənd istiqamətində gedən döyüşlərdə Qırmızı bazar qəsəbəsində şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı" ordeni və "Vətən uğrunda" medalı ilə təltif olunub.

10-cu sinifdən hərbçi olmağı arzulayan Abakar Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb, həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Ailənin dörd uşağından böyüyü olan Abakar hər bir çətinliyə sinə gərib və bu şərəfli peşənin zirvəsinə ucalıb.

Şəhidimiz ailəsi üzülməsin, nigaran qalmasın deyə ön cəbhədə olduğunu hər kəsdən gizlədib.

Şəhidimizin əmanəti olan bir-birindən gözəl və ağıllı üç övladı atalarının yoxluğu ilə barışa bilməsələr də, onun qəhrəmanlıqları ilə təsəlli tapır, fəxr edirlər.

Hərbi hissələrdən birində siyasi işlər üzrə komandir müavini olub şəhidimiz.

Qardaşı Arif deyir ki, onun rütbəsi olsa da, daima əsgərləri ilə dost münasibəti qurub.

Evin sonbeşiyi Eldar isə elə gün olmur ki, atasının şəkillərinə baxıb anasına "atam nə vaxt gələcək" deyə sual verməsin.

Dünənə kimi Hacı, Elvira və Eldarı peşəkar zabitin övladları kimi tanıyırdılarsa, bu gün qalib ordunun, müzəffər komandirin yadigarları kimi tanıyacaqlar...

Mövzu ilə bağli daha ətrafli videomateriali təqdim edirik:

Milli.Az


Etiketlər:  Müharibədə qəhrəmanlıq dastanı yazan şəhid polkovnik leytenant Abakar Hacıyev VİDEO


RƏYLƏR