Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə ''Evdə qal!'' rejimini pozanlara qarşı sərt tədbirlər görülüb

Türkiyədə ''Evdə qal!'' rejimini pozanlara qarşı sərt tədbirlər görülüb

Tarix: 21 Dekabr 2020 19:36

Türkiyədə üç gün mövcud olmuş həftəsonu "Evdə qal!" rejimini pozuqlarına görə, ümumilikdə 38 min 874 min nəfərə məhkəmə qərarı və yaxud inzibati qaydada protokol əsasında cərimə kəsilib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, növbəti həftəsonu 56 saatlıq "Evdə qal!" rejimi dekabrın 25-də saat 21.00-da qüvvəyə minib dekabrın 28-də saat 5.00-dək başa çatacaq. Həftənin ilk beş günü tətbiq olunan gündəlik "Evdə qal!" rejimi isə saat 21.00-dan saat 5.00-dək davam etməkdədir.

Qeyd edək ki, hazırda Türkiyədə gündəlik yoluxma və ölüm halları böyük təlaş yaradır. Son sutka ərzində 20 min 316 nəfərdə virus əlaməti aşkarlanıb, 3 min 546 nəfər müalicəyə cəlb olunub. Gün ərzində bu xəstəlikdən 246 nəfər ölüb.

İnfeksiyasının yayılmasına qarşı tədbirlər çərçivəsində İngiltərə, Danimarka, Niderland və Cənubi Afrika Respublikası ilə aviareyslər müvəqqəti dayandırılıb.


Etiketlər:  Türkiyədə Evdə rejimini pozanlara qarşı sərt tədbirlər görülüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ