Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi üzrə yenilənmiş iş cədvəli yekun razılaşdırma mərhələsindədir - SOCAR

Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi üzrə yenilənmiş iş cədvəli yekun razılaşdırma mərhələsindədir - SOCAR

Tarix: 22 Dekabr 2020 12:32

Bakı. Ləman Zeynalova - Trend:

Pandemiya Heydər Əliyev adına Neft Emalı Zavodunun modernləşdirilməsi cədvəlinə ciddi təsir göstərib.

Bunu Trend-ə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov deyib.

O bildirib ki, pandemiyanın təsirini nəzərə alan yenilənmiş iş cədvəli əsas podratçılarla razılaşdırmanın yekun mərhələsindədir:

"Noyabrın sonuna olan vəziyyətə görə, yeni cədvəl çərçivəsində işlərin ümumi irəliləyişi 59 faiz səviyyəsində nəzərdə tutulur".

O əlavə edib ki, bu ilin sonunadək zavodun modernləşdirilməsi çərçivəsində vacib tapşırıqları başa çatdırmaq planlaşdırılır.


Etiketlər:  Bakı Neft Emalı Zavodunun modernləşdirilməsi üzrə yenilənmiş cədvəli yekun razılaşdırma mərhələsindədir SOCAR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ