Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 18:20
Azərbaycan Beynəlxalq Bankı aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi məqsədilə həyata
keçirilən özünüməşğulluq proqramında iştirakını davam etdirir. Bank həm Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin müvafiq proqramı, həm də Nazirliklə Mərkəzi Bank və Azərbaycan Banklar
Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində həssas əhali qruplarının
özünüməşğulluğuna dəstək verir. Həmin ailələri Dövlət Məşğulluq Xidməti müəyyənləşdirir. Apreldən
başlayaraq indiyə qədər 55 aztəminatlı ailəyə Bank kiçik biznes qurmaqdan ötrü lazımi vasitələr alıb.
Vətən Müharibəsində şəhid olmuş qəhrəman döyüşçümüz Samir Alışovun atası, Hacıqabul
rayonunun Qubalı Baloğlan kənd sakini Cəlil Alışovun Dövlət Məşğulluq Mərkəzinə müraciətinin
icrasını da Azərbaycan Beynəlxalq Bankı öz üzərinə götürüb. Bank şəhid ailəsinin kiçik təsərrüfat
yaratmaqla özünüməşğulluğuna kömək göstərib.
Belə bir proqramın həyata keçirilməsində məqsəd aztəminatlı ailələrə kiçik biznes qurmaq, yaxud
mövcud biznesi inkişaf etdirmək üçün şərait yaratmaqdır. Proqramın unikallığı isə vətəndaşlara nağd
vəsaitin ayrılmaması, göstərilən köməyin sırf biznes yönümlü olması, daimi məşğulluğa yönəlməsidir.
Azərbaycan Beynəlxalq Bankı da kiçik və orta biznesin inkişafına dəstək strategiyasından və korporativ sosial məsuliyyət prinsiplərindən irəli gələrək bu proqramda fəal iştirak edir.
Bankın indiyə qədər özünüməşğulluğuna dəstək verdiyi 55 ailədən 23-ü Bakı və Bakıətrafı
ərazilərdə, 8-i Gəncə, 3-ü Şirvan, 1-i Hacıqabul, 5-i Sumqayıt şəhərində, 4-i Abşeron, 2-i Sabirabad, 2-i İsmayıllı, 1-i Tovuz, 1-i Cəlilabad, 1-i Zaqatala rayonunda yaşayır. 2 nəfəri Qubadlı, daha 2 nəfəri isə Füzuli rayonundan olan məcburi köçkündür.
Kiçik biznes qurmaqda kömək göstərilən aztəminatlı vətəndaşların 15 nəfərinin qadın olması isə
ölkəmizdə qadın sahibkarlığının inkişafı, qadınların məşğulluğunun təmin edilməsi baxımından bu
layihənin dəyərini daha da artırır. Bu ailələrin özünüməşğulluq fəaliyyəti maldarlıq və broyler təsərrüfatı, un məmulatlarının istehsalı, tekstil, mebel, avtotəmir, sağlamlıq, əyləncə və s. bu kimi sahələri əhatə edəcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının faydalı və universal məhsul və
xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.