Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 20:42
Xəyallar aləmi dünyanın inkişafında, mədəniyyətlərin irəliləməsində bizlərə təkan verən bir stimuldur. Müasir dünyamızda gözlə görünən hər bir şey uzun illər əvvəl xəyal olub.
Dünyadakı ən böyük kəşflər xəyal quran adamlar tərəfindən həyata keçib. Xəyalpərəstlər əvvəlcə bir şeyi xəyal edər, sonra isə onu həyata keçirmək uğrunda illərlə mübarızə apararlar. İnsanın xəyal gücünün olması vacibdir. Amma xəyalları həyata keçirmək üçün çalışmaq və mübarizə aparmaq lazımdır. Bəs bunun üçün nə etmək lazımdır?
1. Hər şeyə fərqli tərəfindən baxmaq lazımdır.
2. Fikrinizi yalız həyata keçirmək istədiyiniz xəyalınıza doğru yönəltməlisiniz. Ona çatmaq üçün diqqətinizi toplamlısınız.
3. Ətrafa qarşı diqqətli olmalısınız. Sizi xəyallarınıza catdıracaq heç bir fürsəti əldən qaçırmamalısınız.
4. Dünyaya baxış tərzinizi dəyişməlisiniz.
5. Məşhur klassiklərin romanlarını oxuyun.
6. Səyahət edin, dünyagörünüşünüzü artırın.
7. Beyninizi oxuduqlarınızla və səyahətlərinizlə zənginləşdirin.
8. Yumor hissinizi artırın.
9. Təbiətə daha yaxın olun.
10. Düşüncələrinizdə xəyalınızın gerçəkləməsi üçün yollar axtarıb tapın.
Arzularınıza çatmaqda 4 cür insan tipi ilə rastlaşa bilərsiniz.
1. Sizə kömək göstərənlər.
Xəyallarınıza qovuşmaqda sizin ən yaxın köməkçiləriniz ailə üzvləriniz ola bilər.
2. İşlərinizə mane olanlar.
Onlar bəzən istəyərəkdən, bəzən isə istəməyərəkdən sizə mane olurlar. Belə adamlardan uzaq durmağınız məsləhətdir. Çünki onlar sizi arzularınızdan vaz keçirə bilərlər.
3. Sirr veriyiniz insanlar.
Onların da dünyaya baxış tərzi sizinki ilə üst-üstə düşürsə, xəyallarınızı həyata keçirməkdə sizə dəstək olacaqlar.
4. Sizinlə birgə həyəcan keçirənlər.
Onlar sizinlə həyəcanlarını bölüşür, sevincinizə şərik olmaqla yanaşı sizə stimul verirlər.