Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Dekabr 2020 22:48
YouTube şirkəti Sosial Media Qanununa uyğun olaraq Türkiyədə ofis açmağa qərar verib.
Sonxeber.net techland.az-a istinadən bildirir ki, qərara riayət etmədiyi üçün daha əvvəl iki dəfə cərimələnən platformanın bu qərarı gözlənilən olub. Şirkət beşmərhələli sanksiyanın ilk ikisi üçün əvvəlcə 10 milyon, daha sonra isə 30 milyon Lirə cərimə ödəməli olub.
Şirkətdən verilən rəsmi açıqlamada isə bunlar qeyd edilib: "YouTube-da şəffaflıq, ifadə azadlığı və məlumat əldə etmək öhdəliyimizi qorumaqla, fəaliyyət göstərdiyimiz ölkələrin yerli qanunlarına riayət olunmasına diqqət yetiririk. Yeni müəssisə açmağın Türkiyədəki YouTube istifadəçiləri üçün vacib olduğunu bilirik. Bunun fərqində olduğumuz və prinsiplərimizə sadiq qaldığımız üçün yerli hüquqi şəxsin təyin edilməsinə qərar verdik. Artıq Türkiyədəki səlahiyyətlilərlə paylaşdığımız bu qərarı qəbul etməyimizdən məmnunuq".