Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa qarşı mübarizə: Qonşu ölkələrdə vəziyyət necədir?

Koronavirusa qarşı mübarizə: Qonşu ölkələrdə vəziyyət necədir?

Tarix: 23 Dekabr 2020 10:00

Bakı. Ceyhun Ələkbərov - Trend:

Hazırda Azərbaycan da daxil olmaqla bütün dünya koronavirus pandemiyası ilə mübarizə aparmaqdadır. Bir neçə ölkə virusa qarşı artıq vaksin hazırlayıb və istifadəsinə də start verib.

Baxmayaraq ki, ötən aydan ölkəmizdə yoluxma halı çoxalıb, son günlər Nazirlər Kabinetinin tətbiq etdiyi qapanalar öz müsbət təsirini göstərir.

Trend-in məlumatına görə, Azərbaycanın ilk günlərdən başlayaraq pandemiyaya qarşı mübarizə təcrübəsi qonşu dövlətlərdə də istifadə edilir.

Statistik məlumatlara görə, qonşu ölkələr arasında ən çox yoluxma Rusiyadadır. Bu ölkədə son sutka ərzində 28 776 nəfər virusa yoluxub, 561 nəfər isə həyatını itirib. Bu günə qədər Rusiyada 2,9 milyon nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 51 912 nəfərə çatıb. Ölkə ərazisində ümumilikdə 2 906 503 nəfər virusdan sağalıb, 535 071 nəfərin müalicəsi isə davam edir.

İranda isə ötən sutka әrzindә daha 187 nәfәr koronavirusdan (COVID-19) ölüb. Belәliklә, İranda bu virusdan ölәnlәrin sayı 54 003 nәfәrә çatıb. Ötәn 24 saat әrzindә daha 6 208 nәfәr koronavirusa yoluxub.

Bununla da İranda bu virusa yoluxanların sayı 1 170 743 nәfәrә yüksәlib. Onlardan 5 467 nәfәrin vәziyyәti ağırdır. İndiyәdәk 903 998 nәfәr koronavirusdan sağalıb. Ölkədə 205 rayonun narıncı və 243 rayonun sarı zona olduğu deyilir.

Türkiyədə son 24 saat ərzində daha 254 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. Nazir deyib ki, koronavirusdan ölənlərin ümumi sayı 18 351 nəfərə çatıb. Onun sözlərinə görə, ölkədə 19 103 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 2 043 704 nəfərə çatıb. Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 34 419 nəfər olmaqla 1 834 705 nəfər təşkil edir.

Qeyd edək ki, dünyada koronavirus pandemiyası başlayandan bəri 1 701 085 nəfər onunla əlaqali xəstəliklərdən ölüb. Bu barədə ABŞ-ın Con Hopkins Universiteti bildirib.

Dünyanın 191 ölkəsində və bölgəsində yoluxanların sayı 77 307 971 nəfərə çatıb, 53 milyondan çox insan sağalıb.

Yoluxma və ölüm hallarının sayına görə birinci yerdə olan ABŞ-da xəstələnənlərin sayı 18 011 449 nəfər təşkil edib, 319 255 nəfər ölüb.


Etiketlər:  Koronavirusa qarşı mübarizə Qonşu ölkələrdə vəziyyət necədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ