Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranla KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

İranla KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Tarix: 23 Dekabr 2020 17:12

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi arasında görüş keçirilib.

KOBİA-dan Sonxeber.net-a bildirilib ki, görüşdə Orxan Məmmədov KOBİA-nın fəaliyyəti, pandemiya dövründə KOB-lara göstərilən dövlət dəstəyi, Agentliyin dəstək mexanizmləri və sosial sahibkarlıq təşəbbüsləri barədə məlumat verib. Həmçinin, 44 gün davam etmiş Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərimizin dirçəldilməsinin dövlətin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb, biznesin bu torpaqlara qayıtması, sahibkarlıq fəaliyyətinin təşkili, kiçik və orta sahibkarlıq sektorunun formalaşdırılması üçün Azərbaycan dövlətinin müəyyənləşdirəcəyi strategiyaya uyğun olaraq KOBİA-nın müvafiq tədbirlərin həyata keçirilməsini nəzərdə tutduğu qeyd edilib. Bildirilib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə biznes qurmaq istəyən sahibkarlar biznes layihələrini KOBİA-ya təqdim edir, Agentliyin dəstəyi ilə artıq Şuşa şəhərində ilk sahibkarlıq subyekti - çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.

Səfir Seyid Abbas Musəvi ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirərək, işğaldan azad edilmiş sərhədyanı ərazilərdə birgə investisiya layihələrinin həyata keçirilməsinin hər iki tərəfin KOB-ları üçün faydalı olacağını qeyd edib.

Azərbaycan və İran arasında KOB sahəsində əməkdaşlığa, bu istiqamətdə əlaqələrin genişləndirilməsinə dair fikir mübadiləsinin aparıldığı görüşdə işğaldan azad edilmiş ərazilərdə xarici investorlarla birgə həyata keçirilə biləcək layihələrə, iki ölkənin KOB-ları arasında ticarət əlaqələrinin genişləndirilməsinə, KOBİA və İranın Kiçik Sənəye və Sənayə Parkları Təşkilatı (ISIPO) və digər müvafiq qurumlarla əməkdaşlığın yaradılmasına dair fikir mübadiləsi aparılıb.


Etiketlər:  İranla sahəsində əməkdaşlıq imkanları müzakirə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ