Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusun mutasiyası daha dəhşətlidir - Rusiyalı həkimdən BƏDBİN PROQNOZ

Koronavirusun mutasiyası daha dəhşətlidir - Rusiyalı həkimdən BƏDBİN PROQNOZ

Tarix: 23 Dekabr 2020 22:51

"Koronavirus mutasiyaları bir neçə dəqiqə və ya bir neçə saat ərzində baş verir və koronavirus mutasiyaları daim baş verəcəkdir".

Sonxeber.net xəbər verir ki, bunu rusiyalı immunoloq Vladislav Jemçuqov NCN-ə müsahibəsində deyib.

İmmunoloqun sözlərinə görə, virus təbii seleksiya yolu ilə yayılır: "Bu da virusa yeni əraziləri fəth etməyə və çoxalmağa imkan verir. İnsandan insana yayılma ehtimalına səbəb olan mutasiya bir inqilab oldu".

Böyük Britaniyada yayılan virusa gəldikdə həkim deyib ki, bu adi COVİD-19 virusdur: "Çox güman ki, virus xarici mühitdə daha uzun yaşamağa başlayıb, çünki hələ yeni yoluxma yolu yoxdur. Bu virusun  yayılma sürətinin necə olub-olmamasını ən azı 1-2 aydan sonra görə biləcəyik".

İmmunoloq hesab edir ki, ən təhlükəli mutasiya -4 dərəcə şaxtada yaşamaq qabliyyətinə malik  olan viruslar insanlar üşün daha qorxulu olacaq.

Bununla belə həkim hesab edir ki, virus heç də hamını öldürməyəcək, çünki, belə hal, baş verərsə, o zaman  virus özünə yaşamaq üçün yer tapa bilməz.

İmmunoloq sonda onu da  qeyd edib ki, virus ancaq planet əhalisinin 60-70 faizində immunitett formalaşdıqdan sonra  azalmağa başlayacaq. (ölkə.az)


Etiketlər:  Koronavirusun mutasiyası daha dəhşətlidir Rusiyalı həkimdən BƏDBİN PROQNOZ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ