Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 11:52
Koronavirusa yoluxan insanlarda bir çox xəstəliklər meydana çıxır.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, Amerikalı alimlərin araşdırmalarına görə, nəfəs darlığı, öskürək, fiziki yorğunluq, dad və iyi bilmə kimi xəstəliklərlə yanaşı yoluxan insanlarda saç tökülməsinə də rast gəlinir. Bunun əsas səbəbi koronavirusa yoluxan zaman istifadə edilən dərmanlardır. Xəstəliyə tutulan zaman yaşanan stress, yüksək hərarət və dərmanların qəbulu 2-4 ay sonra saç tökülməsinə gətirib çıxarır.
Qeyd edək ki, Covid-19 saçlarda, sadəcə, tökülməyə səbəb olmur. Hər orqanizm fərqli oluğundan bəzi insanlarda saçqıran çoxalır, bəzilərində isə saçlar öz təravətli rəngini itirir və solur.
Lakin Covid-19-a yoluxan zaman baş verən saç tökülməsi uzun müddətli proses deyil. Bir müdddətdən sonra tökülmə dayanır. 4 aydan sonra saçlar əvvəlki normal vəziyyətinə qayıdır. Bu dövrdə saçların tökülməməsi üçün dəmir tərkibli vitaminlər və qidalar qəbul etmək lazımdır