Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 18:34
2017-ci ildən başlanan qlobal istiləşmə səbəbiylə Antarktidadan ayrılan dünyanın ən böyük üzən aysberqi parçalanmaqda davam edir.
Sonxeber.net unikal.org-a istinadən bildirir ki, son parçalanmadan sonra ərazisinin yarısından çoxunu itirib. Bununla yanaşı elm adamları, milyonlarla pinqvin, dəniz quşu və mavi balinanın olduğu Britaniyanın Cənubi Georgia adasının cənub-şərqində cərəyanlarda gəzən buzdaqlarından narahatdır.
Belə ki, alimlər, okean axınlarının və küləklərin buzdaqlarını sürükləyə və adanın ətrafındakı qayalıqlarda sıxışa biləcəyindən qorxurlar. Və bu səbəbdən heyvanlar qida mənbələrinə çata bilməyəcəklər.