Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Dekabr 2020 21:52
Əvvəlki qədər olmasa da, yenə də populyarlığını qoruyan PUBG Mobile-da ən böyük problem aldatma hesablarının artırılması idi. Şirkət keçən həftə belə hesablara qarşı geniş mübarizəyə başlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, PUBG Mobile-ın rəsmi Tvitter hesabında 11-17 dekabr tarixlərini əhatə edən "Pan Pan" adlı əməliyyatda hiyləgərlik və piratçılıqla əlaqədar olaraq 2 milyondan çox hesaba girişin daimi bloklandığı qeyd edilib.
Həmçinin bildirilib ki, 2 milyon qadağan olunmuş hesabın 31%-i xarakter modellərini dəyişdirdikləri, 18%-i isə X-ray fəndindən istifadə etdiyi üçün bloklanıb.
Qapadılanların 22%-i bürünc, 15%-i isə almaz və platin hesablar olub.
Qeyd edək ki, şirkətdə eyni hal avqust ayında da baş vermişdi. Amma bu zaman yalnız bəzi cihazların oyunu idarə etməsinin qarşısı alınmışdı.