Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadılıb

Köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadılıb

Tarix: 24 Dekabr 2020 23:12

"Android" mobil əməliyyat sisteminin köhnə versiyalarının idarəetməsi altında işləyən smartfon və planşetlərin təhlükəsiz veb-saytlara giriş müddəti uzadılacaq. Bu barədə "Let's Encrypt" ən böyük sertifikatlaşdırma mərkəzlərindən biri məlumat verib.
 
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, şirkətdən bildirilib ki, sentyabradək "Android 7.1"dən sonrakı versiyaların idarəetməsi altında işləyən qurğuların bir çox müasir saytlara daxil olmasını əngəlləyəcək problem aradan qaldırılıb.
 
Şirkətin saytında məlumat verilir ki, cihaz istifadəçiləri yenilənmiş sertifikata keçid vaxtı heç bir dəyişiklik hiss etməyəcəklər. Ancaq bu həll 2024-cü ilədək işləyəcək və mütəxəssislər o vaxtadək köhnəlmiş smartfonları dəyişdirməyi tövsiyə edirlər.


Etiketlər:  Köhnə cihazların sahibləri üçün internetə çıxış müddəti uzadılıb


RƏYLƏR