Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fransa Britaniyanın Avropa İttifaqından çıxmasından sonra balıqçılara dəstək planı hazırladı

Fransa Britaniyanın Avropa İttifaqından çıxmasından sonra balıqçılara dəstək planı hazırladı

Tarix: 25 Dekabr 2020 07:20

Bakı. Trend:

Fransa Dəniz İşləri Nazirliyi Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə əlaqədar balıqçılıq sənayesinə dəstək planını təqdim edib.

Trend-in məlumatına görə, bu barədə France-Presse agentliyi bildirib.

Dəniş İşləri naziri Annik Jirarden bildirib ki, balıqçılar və dəniz məhsulları topdan satıcıları Britaniya sularında balıq məhsulu tutmaqdan asılılıq dərəcəsinə uyğun olaraq 30 min avroya qədər maliyyə yardımı ala biləcəklər:

"Yaxın bir zamanda hökumət balıqçılara dəstək üçün tam bir plan təqdim edəcək".

Agentliyin bildirdiyinə görə, plan məhdud müddət ərzində Britaniya sularında balıq tutmaqdan asılı olan şirkətlərin ziyanlarının bir hissəsinin ödənilməsini təmin edəcəkdir.


Etiketlər:  Fransa Britaniyanın Avropa İttifaqından çıxmasından sonra balıqçılara dəstək planı hazırladı


RƏYLƏR