Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 11:50
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Masallı rayonu Xoşçobanlı kəndində anadan olan xüsusi təyinatlı qüvvələrin kəşfiyyatçısı 19 yaşlı Musa Mustafayevdır. Suqovuşan istiqamətində gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək qəhrəmancasına həlak olan beş bacının bir qardaşı ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif olunub.
Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, o Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyatçısı, beş bacının bir qardaşı idi.
Vətən müharibəsində qorxmazlığı və cəsurluğu ilə seçilən qəhrəmanlarımızdan biri idi Musa Mustafayev. O 2001-ci ildə Masallı rayonunun Xoşçobanlı kəndində anadan olub. 19 yaşlı qəhrəmanımız hər zaman Vətən sevgisi ilə yaşayıb və torpaqların işğaldan azad edilməsi onun ən böyük arzusu olub. Elə buna görə də uşaqlıqdan hərbçi olmağı arzulayıb.
Valideynlərinin göz bəbəyi idi Musa. Evin tək oğlu olduğu üçün yaxınları onu gözlərinin önündən ayırmırdılar. Tək istəkləri var idi,oğlu gələcək və evini bəzəyib toy bayram edəcəkdilər. Lakin olmadı. Musa Suqovuşan istiqamətində gedən döyüşlərdə snayper gülləsinə tuş gələrək şəhid olur.
Musanın əziz xatirəsi təkcə ailə üzvlərinin deyil, bütün kəndin, eləcə də qohumlarının qəlbində əbədi özünə yer tutub. İndi Musanın doğulub boya-başa çatdığı evini onun fotoları, şəxsi əşyaları və tabutuna bürünmüş Üçrəngli Bayrağımız olan guşə bəzəyir. Qəhrəmanımız şücaətinə görə, ölümündən sonra "Vətən uğrunda" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib. Məkanın behişt olsun, şəhidim.