Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kürdəmirin sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb

Kürdəmirin sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb

Tarix: 25 Dekabr 2020 13:46

Bakı. Samir Əli - Trend:

Binəqədi rayon Məhkəməsində Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Trend-in məlumatına görə, hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, C. Cəfərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Qeyd edək ki, C.Cəfərov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.


Etiketlər:  Kürdəmirin sabiq icra başçısı barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ