Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 17:54
Bakı. Trend:
DOST mərkəzləri şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə xidmətlər göstərib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin DOST mərkəzləri əməkdaşlarının da Vətən müharibəsi şəhidlərinin və qazilərin ailələri ilə görüşləri davam edir.
Nazirlikdən Trend-ə bildirilib ki, 1 saylı Bakı DOST Mərkəzinin əməkdaşları Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalmış İlqar Ramazanlının ailəsini ziyarət ediblər.
Görüş zamanı DOST mərkəzi tərəfindən ailəyə Prezidentin aylıq təqaüdünün təyin olunduğu bildirilib və Mərkəzin direktoru təqaüd kartını şəhidin anasına təqdim edib.
Ailəyə şəhid ailələrinin sosial təminat hüquqları, həmin ailələr üçün nəzərdə tutulan dəstək tədbirləri barədə məlumat verilib.
Bakıda yerləşən üç DOST mərkəzi tərəfindən postmüharibə dövründə şəhid ailəsi üzvləri olan 300-ə yaxın şəxsə Prezidentin təqaüdünün, pensiya və müavinətin təyin edilməsi, şəhid ailəsi üzvlərinə vəsiqənin verilməsi və s. ilə bağlı xidmətlər göstərilib.