Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Dekabr 2020 18:52
İşğaldan azad edilən ərazilərdə ağaclar kəsilərək ya odun kimi istifadə olunub, ya da mebel üçün fabriklərə daşınıb.
Sonxeber.net-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə "Ekspert saatı" verilişində çıxış edərkən deyib.
Onun sözlərinə görə, işğaldan azad edilən ərazilərdə uzunmüddətli işlərə ehtiyac var. Artıq ETSN tərəfindən qiymətləndirmə işlərinə başlanılıb: "Hazırda həm müvafiq qiymətləndirmə işləri aparılır, həm də paralel olaraq mümkün olan ağacların əkilməsi həyata keçirilir. Xüsusilə də çinar ağacı və palıd toxumlarının səpilməsi prosesi gedir. Bir sözlə, həmin ərazilərdə hər gün davamlı şəkildə proseslər gedir və yaxın gələcəkdə genişmiqyaslı tədbirlər görüləcək".