Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Dekabr 2020 08:30
Aralıq dənizinin Misir sahillərində altı miqrantın cəsədi tapılıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, ehtimal olunur ki, 19-35 yaş arası batan şəxslər naməlum səbəbdən batan kiçik gəmidə Avropaya üzüblər. Batan gəmidə ümumilikdə neçə nəfərin olduğu məlum deyil.
Qeyd olunur ki, 17 dekabrda da Əs-Salum şəhəri sahillərində Avropa dövlətlərindən birinə üz tutması ehtimal olunan digər gəmi batıb. Daha sonra sudan yeddi cəsədi çıxarılıb.