Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Bizim dövlət sərhədlərimiz bərpa edilirsə, o ərazilər boşaldılmalıdır'' - Polkovnik

''Bizim dövlət sərhədlərimiz bərpa edilirsə, o ərazilər boşaldılmalıdır'' - Polkovnik

Tarix: 26 Dekabr 2020 12:30

"30 il müddət ərzində ermənilər bizim torpaqlarımızı işğal etmişdilər. Döyüşlər də məhz bizim torpaqlarda gedirdi".

Bunu Sonxeber.net-a açıqlamasında hərbi ekspert, ehtiyyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Ermənistan əgər revanş götürməyə çalışarsa, bizim görəcəyimiz hansısa qabaqlayıcı tədbir məhz Ermənistanın ərazisində olacaq:

"Baxmayaraq ki, onlar orada silahlanmışdılar, oralara qanunsuz silahlı birləşmələr cəlb etmişdilər, amma biz leqal, legitim hərbi obyektlər üzərində işimizi apardıq və bununla yanaşı terrorist qüvvələri o bölgələrdən təmizlədik. Amma artıq bizim torpaqlarda müharibə getmir. Bundan sonra Ermənistan, Ali Baş Komandanın da qeyd etdiyi kimi, əgər revanş götürməyə çalışarsa, bu dəfə artıq baş tutacaq hər hansı bir münaqişə, yaxud da bizim görəcəyimiz qabaqlayıcı hansısa bir tədbir məhz Ermənistanın ərazisində olacaq. Çünki hazırda istər Qubadlı ərazisində, istər Zəngilan ərazisindəki onlar tərəfindən qurulmuş bir sıra qanunsuz kəndlər və yaxud da qəsəbələr varsa, bu bizim günahımız deyil.

Bu gün bizim dövlət sərhədlərimiz bərpa edilirsə, o ərazilər boşaldılmalıdır. Bu boşaldılmaya qarşı hər hansı bir dirənc göstərilərsə, 44 günlük müharibə ərzində legitim hərbi obyektlər zərərsizləşdirildiyi kimi, eyni şəkildə bu da, bizim torpaqlarımıza təcavüz kimi qiymətləndiriləcək və onlara qarşı lazımı tədbirlər görülərək zərərsizləşdiriləcəklər".

Təhməz Əsədov


Etiketlər:  Bizim dövlət sərhədlərimiz bərpa edilirsə ərazilər boşaldılmalıdır Polkovnik


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ