Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Son bir ayda 4 min 500-dən çox şəhid ailəsi və müharibə iştirakçısı sosial dəstəklə əhatə edilib

Son bir ayda 4 min 500-dən çox şəhid ailəsi və müharibə iştirakçısı sosial dəstəklə əhatə edilib

Tarix: 26 Dekabr 2020 15:48

Bakı. Trend:

Prezident İlham Əliyevin tapşırığına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə, müharibə iştirakçılarına sosial dəstək işləri aparır. Son bir ayda bu kateqoriyalardan olan 4500-dən çox şəxs xüsusi qayğlı ilə, sosial dəstəklə əhatə edilib.

Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisdə çıxışı zamanı məlumat verib. Nazir o cümlədən, şəhid ailəsi üzvlərindən 1500-dən çoxuna artıq müvafiq sosial ödənişlərin təyin edildiyini, 1300 ailənin özünüməşğulluq proqramına cəlb olunduğunu deyib.

S.Babayev həmin insanlara reabilitasiya və sosial psixoloji dəstək yönümlü xidmətlərin də göstərildiyini qeyd edib.

Bildirib ki, son bir ayda şəhid və yaralanmış hərbçilərin ailələrindən 2 minədək ailə Nazirlik tərəfindən sosial psixoloji dəstəklə əhatə olunub. Onlardan bir qismi qurumun reabilitasiya müəssisələrində sosial psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib. Qalan hissəsinə evlərinə gedilməklə, səyyar formada psixoloji dəstək göstərilib. Bütün bu istiqamətlərdə işlər davam etdirilir.


Etiketlər:  ayda dən çox şəhid ailəsi müharibə iştirakçısı sosial dəstəklə əhatə edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ