Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Tarix: 26 Dekabr 2020 18:24

Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir.

Türkiyə-Azərbaycan Dərnəyinin (TÜRKAZDER) rəhbəri Ənvər Türkoğludan:

"Hörmətli Prezidentim cənab İlham Əliyev.

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və uzun ömür arzulayıram.

Biz bu günlərdə həm də Qarabağdakı Zəfərimizin xoşbəxtliyini yaşayırıq. Çünki təxminən 30 il idi ki, hər gün bu Zəfərin xəyalı ilə yaşayırdıq. Amma bir gün mütləq öz torpaqlarımıza qovuşacağımıza əmin idik. Şükürlər olsun ki, Qarabağ bu gün öz sahiblərinə qovuşdu. Həmçinin 44 günlük savaş müddətində yenilməz iradə və qətiyyət nümayiş etdirməyiniz bizə qürur verdi. Bu, heç zaman unudulmayacaq. Bu Qələbə münasibətilə Zati-alinizi və müzəffər Azərbaycan Ordusunu təbrik edirəm. Şəhid olan əsgərlərimizə Allahdan rəhmət diləyir, doğmalarına başsağlığı verirəm.

Cənab Prezidentim, Sizin liderliyinizlə və gələcəyə hədəflənən siyasətinizlə Azərbaycanın hər il daha da inkişaf edəcəyinə səmimi qəlbdən inanıram. Bununla bərabər, "Bir millət, iki dövlət" kəlamında təcəssüm tapan Türkiyə-Azərbaycan qardaşlığının və dostluğunun şəxsən Sizin və Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğanın səyləri ilə bütün sahələrdə daha da inkişaf edəcəyinə ürəkdən əminik. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!".

XXX

Napoli-Bakı Assosiasiyasının sədri Cuzeppe Kaniliadan:

"Hörmətli cənab Prezident.

İcazə verin, ilk növbədə, Assosiasiyamızın bütün üzvləri adından 44 günlük müharibədə qazandığınız qələbə münasibətilə Sizi səmimi qəlbdən təbrik edim. Sizin əzmkarlığınız və qətiyyətiniz sayəsində cəsur Azərbaycan Ordusu beynəlxalq hüquq normalarına uyğun olaraq erməni işğalçılarını qədim və tarixi torpaqlarınızdan nəhayət ki, qovaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. Bu tarixi hadisə münasibətilə Sizi bir daha təbrik edirəm. İnanırıq ki, işğaldan azad edilmiş torpaqlarda tezliklə tərəqqi və sürətli inkişaf dövrü başlayacaqdır. Təəssüflər olsun ki, müharibə itkisiz olmur. Ölkənizin bu qanlı, lakin şanlı döyüşlərdə verdiyi itkilərə görə çox kədərlənirik. Təşkilatımız adından Sizə, Azərbaycan xalqına və həlak olanların ailələrinə bir daha dərin hüznlə başsağlığı veririk. Müharibə zamanı dövlətinizə və ordunuza dəstək olan Assosasiyamız həlak olanların və yaralananların ailələrinə hər cür kömək göstərməyə davam edəcəkdir.

Hörmətli cənab Prezident, Sizi, həmçinin qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə ürəkdən təbrik edirəm.

Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin qurulmasını və onun böyük inkişaf yolunu yüksək səviyyədə təmin edərək dünya azərbaycanlılarının vahid azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün məqsədyönlü siyasət formalaşdırıb. Bu siyasət Sizin tərəfinizdən uğurla davam etdirilir və dünyanın digər ölkələrində olduğu kimi, İtaliyada da yaşayan azərbaycanlılar arasında vətənpərvərlik və həmrəylik hissləri, eləcə də milli hədəflər uğrunda fəaliyyət bu gün də yüksək səviyyədədir. Rəhbərlik etdiyim "Napoli-Bakı Assosiasiyası" da İtaliya-Azərbaycan dostluğunu daha da möhkəmləndirmək və inkişaf etdirmək istiqamətində fəaliyyət göstərməkdə davam edir. Biz daima dost Azərbaycan xalqının yanındayıq.

İtaliyanın strateji tərəfdaşı olan Azərbaycanın yaxın gələcəkdə bütün sahələrdə yeni uğurlar qazanacağına inanırıq və bunu səmimi qəlbdən arzulayırıq.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür, uğurlu siyasətinizdə yeni-yeni nailiyyətlər diləyirəm.

Yaşasın İtaliya-Azərbaycan qardaşlığı!".

XXX

ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyasının rəhbərliyindən:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev.

Biz - ABŞ-Azərbaycan Qarabağ Atlarını Xilasetmə Assosiasiyası (USAKHRA) qeyri-hökumət təşkilatı olaraq bütün kollektivimiz adından Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.

Sizin ali baş komandanlığınızla şanlı Azərbaycan Ordusu Vətən müharibəsində böyük Qələbə qazanaraq Azərbaycan dövlətçiliyinə misli görünməmiş töhfə verdi. Bütün dünya azərbaycanlılarına bu möhtəşəm Qələbəni yaşatdığınıza görə Sizə dərin təşəkkürümüzü bildiririk. Siz öz iradənizlə Azərbaycan xalqını bir millət kimi ucaltdınız. Siz özünüz isə Azərbaycan xalqının qəlbində daha da ucalmısınız. Biz çox sevinirik ki, Azərbaycan xalqı ilə onun Prezidenti arasında belə sıx vəhdət yaranıb. Sizin müdrik siyasətinizlə indi Azərbaycan öz tarixinin qızıl hərflərlə yazılan yeni mərhələsinə qədəm qoyub. Sizə dövlətçiliyimizin möhkəmləndirilməsində və inkişafında yeni nailiyyətlər arzulayırıq.

Cənab Prezident, Sizi doğum gününüz münasibətilə bir daha təbrik edir, Zati-alinizə Allahdan uzun ömür, möhkəm cansağlığı diləyirik".

XXX

Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin sədri professor Zərifə Əlizadədən:

"Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Sizi doğum gününüz münasibətilə Azərbaycanın Belqraddakı Mədəniyyət Mərkəzinin kollektivi adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əsasını qoyduğu və müəyyənləşdirdiyi dövlətçilik strategiyasının Sizin tərəfinizdən uğurla davam etdirilməsi Azərbaycanın hərtərəfli və dinamik inkişafını təmin edib. Bu gün ölkəmizdə həyata keçirilən islahatlar və müxtəlif sahələrdə aparılan quruculuq işləri, siyasi sabitlik doğma Azərbaycanımızın daha da qüdrətlənməsinə təkan verir.

Bu il Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə xalqımızda böyük qürur və sevinc hissi oyatdı. Bizim rəşadətli və qəhrəman Ordumuz Sizin rəhbərliyinizlə uğurla mübarizə apardı və böyük Qələbəyə nail oldu.

Biz bilirik ki, qarşıda görülməli işlər çoxdur. Əminik ki, nəzərdə tutulan bütün planlar Sizin rəhbərliyinizlə uğurla həyata keçiriləcək. Azərbaycanla bağlı tarixi həqiqətlərin, müstəqillik dövrünün uğurlarının beynəlxalq aləmdə, o cümlədən Balkanlarda təbliği istiqamətində fəaliyyət göstərən Mərkəzimiz Sizin qətiyyətli və çevik xarici siyasət kursunuzdan ilham alır.

Möhtərəm cənab Prezident, bu əlamətdar gün münasibətilə bir daha Sizə uzun ömür, möhkəm cansağlığı, Azərbaycanımızın rifahı naminə yorulmaz və şərəfli fəaliyyətinizdə uğurlar diləyirik".

XXX

Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, akademik Pyotr Qlıboçkodan:

"Möhtərəm İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti adından və şəxsən öz adımdan təbrik edirəm.

Siz həyatınızı Vətəninizə və xalqınıza xidmət işinə həsr etmisiniz. Öz borcunuzu şərəflə və layiqincə yerinə yetirir, dövlətinizin və onun vətəndaşlarının rifahı naminə qeyri-adi istedad, dərin bilik və böyük təcrübə tətbiq edərək, öhdənizə düşən işə böyük güc, enerji və vaxt sərf edirsiniz.

Siz təhsili, elmi, idmanı fəal dəstəkləyirsiniz və bunu qeyd etmək xüsusilə xoşdur ki, ölkələrimiz arasında tibb sahəsində əməkdaşlığa kömək edirsiniz.

Sizə səmimi qəlbdən uğurlar, firavanlıq, planlarınızın həyata keçməsini, yeni möhtəşəm zəfərlər və sürətli tərəqqi arzulayıram".

XXX

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən:

"Hörmətli cənab Prezident, əziz dostum.

Bizim hamımıza çoxlu çətinliklər gətirən, dünyanı heç vaxt təsəvvür edə bilməyəcəyimiz şəklə salan bu ilin sonunda xüsusi məmnunluqla Sizə arzu edirəm ki, Yeni il sülh, anlaşma, qarşılıqlı əməkdaşlıq və pandemiyanın aradan qaldırılması üçün perspektivlər açsın.

Eyni zamanda, icazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş və səmimi arzularımı çatdırım, habelə öz Vətəninizin inkişafı naminə yorulmadan çalışdığınız ali vəzifənin yerinə yetirilməsi işində uğurlar diləyim".

Milli.Az


Etiketlər:  Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir


RƏYLƏR