Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kürdəmirdə “KAMAZ”la'' VAZ-2107'' toqquşub, 2 nəfər hadisə yerində ölüb - FOTO

Kürdəmirdə “KAMAZ”la'' VAZ-2107'' toqquşub, 2 nəfər hadisə yerində ölüb - FOTO

Tarix: 27 Dekabr 2020 10:32

Kürdəmirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sonxeber.net APA-ya istinadən bildirir ki, hadisə rayonun H.Əliyev prospektində yerləşən körpünün üzərində qeydə alınıb.

Beləki "KAMAZ" markalı yük maşınının sürücüsü Kürdəmir rayon sakini 42 yaşlı Cavadov Xaliq Durmuş oğlu həmin körpüdə hərəkətdə olarkən, onunla əks istiqamətdə hərəkət edən sürücü 29 yaşlı Quliyev Ərzuman İlqar oğlunun idarə etdiyi VAZ-2107 markalı avtomaşınla toqquşub. Nəticədə sürücü Quliyev Ərzuman və onun sərnişini 53 yaşlı Quliyev İlqar Səməd oğlu elə hadisə yerindəcə dünyasını dəyişiblər. Onların meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Etiketlər:  Kürdəmirdə KAMAZla 2107 toqquşub nəfər hadisə yerində ölüb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ