Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dəri xərçəngin qarşısını almağın yolu

Dəri xərçəngin qarşısını almağın yolu

Tarix: 27 Dekabr 2020 20:21

Kanadalı dermatoloqlar günəş şüaları altında uzun vaxt keçirən hər kəsə, tez bir zamanda metastaz verən ölümcül və aqressiv dəri xərçəngi olan melanomanın inkişafının qarşısını almaq üçün günəşdən qoruyucu kremlərdən istifadə etmələrini tövsiyə edib.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, dəri xərçənglərinin əksəriyyətinin günəş şüaları altında uzun müddət qalanda inkişaf etdiyi məlumdur. Günəşdən qoruyucu vasitələr, titan dioksid və sink oksid kimi kimyəvi filtrlər vasitəsilə zərərli ultrabənövşəyi radiasiyanın qarşısını alaraq, dəri xərçəngi riskini azaldır. Bir sıra klinik tədqiqatların təhlili göstərdi ki, bu, həqiqətən dəri melanomasının və skuamoz hüceyrəli karsinomun qarşısını alır, həm də dərinin yaşlanmasına maneə törədir. Eyni zamanda, mütəxəssislər, qoruyucu maddələri təşkil edən komponentlərin bədən tərəfindən mənimsənilməsi ehtimalı səbəbindən, altı aya qədər körpələrin bədəninə krem tətbiq etməyi məsləhət görmürlər.

Milli.Az


Etiketlər:  Dəri xərçəngin qarşısını almağın yolu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ