Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Dekabr 2020 11:24
Ermənistan polisinin keçmiş rəisi Vladimir Qasparyan Şuşadakı polis dəstəsinin başına gələnlərin hamısından cavab tələb edəcək.
Sonxeber.net erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu o erməni məbədinin həyətindəki jurnalistlərə söyləyib. Dediyinə görə o, Şuşada idi və orada nələrin baş verdiyini bilir. Bu sualın cavabını "gec-tez, lakin böyük ehtimalla erkən" tələb edəcək.
Qasparyan Eçmiədzinə müxalifət nümayəndələri ilə birlikdə etiraz aksiyası üçün gəlib. Müxalif "Vətəni qurtarmaq hərəkatı"na görə, Baş nazir Nikol Paşinyanın tərəfdarları bir təşkilat olaraq kilsəyə hədəf hücumları həyata keçirirlər və ruhanilərə, eləcə də bütün ermənilərin katalikosları II Qareginə qarşı təqib və təcavüzkarlıq etmək niyyətindədirlər.
"Mülki şəxslər zabit və generalların fəaliyyətinə qarışdıqda və şıltaqlıqlarını həyata keçirəndə, polislərə hücum etdikdə bu cür insanlar, sadəcə, özlərini təsdiqləyirlər. Bu, ən pis şeydir. Və baş verənlər üçün, oğlanlarım üçün cavab tələb edəcəyəm", - Qasparyan etiraz aksiyasının fonunda brifinq zamanı dedi.
Onun fikrincə, öldürülən polislərin sayı azaldılıb və onları fərqlənmədən, şərəf vermədən və adlarını belə çəkmədən dəfn etməyə çalışdılar.
"Nə olursa olsun, ölkənin itirən lideri getməlidir. Bu rəhbərlik təhlükəsizlik qüvvələrini tərk edən hər kəsə haqq qazandırır. Axmaqlığa dözə bilməyənlər ayrılsınlar. Qalanlar qanun çərçivəsində hərəkət etməlidirlər", - Qasparyan əlavə edib.
Aslan Məmmədov