Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Mən Qarabağın azadlığı uğurunda vuruşacam və şəhid olacam'' - VİDEO

''Mən Qarabağın azadlığı uğurunda vuruşacam və şəhid olacam'' - VİDEO

Tarix: 28 Dekabr 2020 12:02

Bir igid düşünün hələ uşaq olarkən "mən Qarabağın azadlığı uğurunda vuruşacam və şəhid olacam"- deyirdi. O, istəyinə 22 yaşında çatır. Söhbət Abşeron rayonu, Güzdək kəndinin şəhidi olan Rüstəm Turabovdan gedir. Döyüş yoldaşları deyir ki, Rüstəm hər zaman öz komandirləri ilə çiyin-çiyinə döyüşüb. 22 yaşlı igid Ərgünəş zirvəsi uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, Qarabağın azad edilməsi və qarabağın azadlığı uğurunda döyüşmək Rüstəm Turabovun ən böyük arzusu idi. Atası deyir ki, Rüstəm Turabov Tovuz hadisələri və General Polad Həşimovun öldürülməsi ilə heç vaxt barışa bilmirdi. Buna görə də ailəsindən xəbərsiz döyüşlərdə iştirak etmək üçün könüllü olaraq yazılıb.

Rüstəm Turabov döyüşlərdə sözün əsl mənasında düşmənin qorxulu yuxusuna çevirilib. O bir sıra ağır tağşırıqların icra olunmasında ön cərgədə yer alıb. Bacısı deyir ki, qardaşı düşmənə qarşı amansız olsa da, ailəsinin, dostlarının yaddaşında həmişə gülərüz və zarafatçıl kimi qalıb.

Füzulidən başlayan döyüş yolu sonra Hadrut, Xocavənd istiqamətində davam edib. Onun son döyüşü olduqca strateji əhəmiyyətə malik Ərgünəş zirvəsinin azad olunması uğurunda olub.

Rüstəm ölümündən sonra medallarla təltif edilib.Babası deyir ki, Rüstəm hələ uşaq olarkən özünə şəhidlik arzu edirmiş

Abşeron rayonu Güzdək kəndində yaşayan ailənin istəyi rüstəmin xatirəsinin əbədiləşdirilməsi üçün buradakı məktəbə onun adının verilməsidir..


Etiketlər:  Mən Qarabağın azadlığı uğurunda vuruşacam şəhid olacam VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ