Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İcbari tibbi sığortanın əhatə dairəsi genişlənir - VİDEO

İcbari tibbi sığortanın əhatə dairəsi genişlənir - VİDEO

Tarix: 28 Dekabr 2020 12:36

Azərbaycanda 2021-ci ildə icbari tibbi sığortanın tətbiqi mümkün olacaq. Bu sistem vətəndaşların istehlak etdiyi səhiyyə xidmətlərini, hətta bəzi hallarda zəruri dərman vasitələrinin sığorta mexanizmləri tərəfindən kompensasiya edilməsini nəzərdə tutur.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, iqtisadçı-ekspert Rəşad Həsənov deyib ki, bu məsələ uzun müddətdir müzakirə olunur və əsas məqsəd vətəndaşların daha rahat şəkildə və keyfiyyətli səhiyyə xidmətlərinə çıxış əldə edə bilmələridir.

İcbari tibbi sığorta ilə bağlı fərqli ödəniş üsulları nəzərdə tutulur. Əhalinin imtiyazlı və sosial qruplarına daxil olanların sığorta haqları dövlət büdcəsi tərəfindən icra ediləcək. Bura işləməyən pensiyaçılar, 18 yaşına çatmayanlar, 23 yaşınadək təhsil alan və işləməyən gənclər, sosial müavinət, ünvanlı sosial yardım alan ailələrin üzvləri daxildirlər. İşləyən, lakin analıq məzuniyyətinə çıxan qadınlar isə 42 gün müddətində siğorta olunacaq və onların xərcləri dövlət tərəfindən qarşılanacaq.

Mülki müqavilə ilə fəaliyyət göstərənlərdən 2, sahibkarlıq subyektlərindən isə 4% sığorta haqqı tutulması planlaşdırılır. Çalışmayan insanlar isə fərdi şəkildə müraciət edib, ödəniş etməklə bu xidmətdən istifadə edə biləcəklər.

Ekspert bildirir ki, müəyyən kateqoriyaya daxil olan insanlar üçün bəzi güzəştlər nəzərdə tutulub. BMT-nin qaçqın və məcburi köçkünlər üzrə ali komisssarlığında qeydiyyatdan keçmiş Azərbaycanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sığorta haqları dövlət tərəfindən veriləcək və illik olaraq bu şəxslər üçün Fonda 90 manat məbləğində sığorta haqlarının ödənilməsi nəzərdə tutulur.

Milli.Az


Etiketlər:  İcbari tibbi sığortanın əhatə dairəsi genişlənir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ