Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad olunur

Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad olunur

Tarix: 28 Dekabr 2020 15:24

Bakı. Elçin Mehdiyev - Trend:

Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycana gətiriləcək vaksin və onun şprisləri 2 il müddətində əlavə dəyər vergisindən azad olunacaq.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən Vergi Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.

Deputatlar bu dəyişikliyi təqdirəlayiq hesab ediblər. Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.


Etiketlər:  Azərbaycana gətiriləcək koronavirus vaksinləri vergidən azad olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ