Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni ildə bu dərmanlara ehtiyacınız ola bilər - MƏSLƏHƏT

Yeni ildə bu dərmanlara ehtiyacınız ola bilər - MƏSLƏHƏT

Tarix: 28 Dekabr 2020 23:18

Bir ildir dünyanı cənginə almış koronavirus, az qala, digər xəstəlikləri bizə unutdursa da, bayramqabağı sağlamlıqla bağlı yaşana biləcək başqa problemlər də yada düşür.

Sonxeber.net xəbər verir ki, terapevt Lyudmila Lapa Yeni ildə evinizdəki təcili yarım çantasından bəzi dərmanları əskik etməməyi məsləhət görür.

Onun sözlərinə görə, Yeni il gecəsi tibbi çantada mütləq aspirin və sorbent preparatları olmalıdır.

"Nəzərə alsaq ki, Yeni il bayramında çox yeyib-içirik, sonradan baş verə biləcək intoksikasiya hallarının qarşısını almaq üçün sorbent preparatları (aktiv kömür və s.) qəbul etmək olar", - deyə həkim bildirib.

Mütəxəssis, həmçinin xatırladıb ki, yeməkdən həddən artıq istifadə qanın qatılığını artıraraq qaraciyərin yüklənməsinə səbəb olur. Odur ki, bayram günlərində əlimizin altında aspirin kimi qanı duruldan tibbi vasitələrin olmasında fayda var. (publika.az)


Etiketlər:  Yeni ildə dərmanlara ehtiyacınız bilər MƏSLƏHƏT


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ