Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2019 03:48
Bakı. Trend:
İyulun 13-də Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində cavab oyunları keçirilib.
Trend-in məlumatına görə, bu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla ikinci oyunu şahmatçımzın qələbəsi ilə başa çatıb. Ş.Məmmədyarov bununla da turnirin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, iyulun 12-də şahmatçımız rəqibi ilə ilk oyununu heç-heçə başa vurmuşdu.
Qran-Pri pley-off sistemi üzrə keçirilir. Yarışda göstərilən nəticələrə görə şahmatçılar xal qazanacaqlar. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcəklər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin