Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gələn il 190 manat birdəfəlik ödəmənin məbləği artırıla bilər - Nazir

Gələn il 190 manat birdəfəlik ödəmənin məbləği artırıla bilər - Nazir

Tarix: 29 Dekabr 2020 12:24

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda koronavirusla bağlı verilən 190 manatın gələn il üçün müyyən olunmuş 196 manat məbləğində yaşayış minimumuna çatdırılması məsələsinə hökumətdə baxıla bilər.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin bu gün keçirilən iclasında deputatların suallarını cavablandırarkən deyib.

S.Babayev bildirib ki, bu il birdəfəlik ödəmə yaşayış minumumuna uyğun verildi. Onun sözlərinə görə, əgər növbəti ildə də sərt karantin rejimi davam edərsə, birdəfəlik müavinətin də 196 manat müəyyən edilən yaşayış minumumu həddinə çatdırılması məsələsinə hökumətdə baxıla bilər.


Etiketlər:  Gələn manat birdəfəlik ödəmənin məbləği artırıla bilər Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ