Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Xalid Mecdunov - VİDEO

Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Xalid Mecdunov - VİDEO

Tarix: 29 Dekabr 2020 12:30

Torpaq altda uyuyan və bu torpağı canından çox sevən hər bir şəhidin hekayəsi ilə tanış olduqca onların qanı bahasına alınan doğma torpaqları qorumağın ən böyük borc və haqq olduğunu anlayır və bu borcu yerinə yetirmək andını təkrarlayırıq. Müharibənin qaydaları tam fərqlidir. Amma bu məqamda belə yanındakı yaralı əsgərlərin xilasını çiyinlərinə alan özü isə şəhidliyə ucalan oğulların haqqını necə ödəyəsən axı ? 25 yaşlı şəhid Xalid Mecdunov belələrindəndir. Manqa komandiri olan şəhidimiz cəbhədə düşmənin əsil kabusu olub.

Sonxeber.net xezerxeber.az-a istinadən bildirir ki, biz düşməndən bütün şəhidlərimizin qisasını alacağıq.

25 yaşlı Xalid Mecdunov müharibə başlayanda hər kəsdən halallıq alıb. Atası Zahir kişi deyir ki, oğlu kəşviyyatçı olub.Onun qəhrəmanlığını bu gün döyüş yoldaşlarıda iftixar hissi ilə yada salırlar. Qəhrəmanımız oktiyabrın 2-də Füzuli rayonunda şəhid olub.

Anası ilə hər dəfə danışanda ağlama ,başını dik tut, biz Vətən borcunu yerinə yetirməyə gəlmişik deyib şəhidimiz.

Xalid Mecdunovun qardaşı Məlik də cəbhədə düşmənə qarşı vuruşub. O da şəhid qardaşı ilə fəxr edir.

Şəhid Xalid Mecdunov Ata Baba yurdu olan Qobustan rayon Polad kənd qəbiristanlığında dəfn edilib. Ölümündən sonra ''Vətən uğrunda'' və ''Cəbrayılın azad olunmasına görə ''medalları ilə təltif olunub.


Etiketlər:  Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Xalid Mecdunov VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ