Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Dekabr 2020 13:56
Mərakeş nümayəndə heyəti İsrailə rəsmi səfər edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, hər iki ölkə qarşılıqlı olaraq səfirliklərin açılması mövzusunda müzakirə aparacaq.
Görüş İsrail Xarici İşlər Nazirliyində baş tutacaq. İlkin mərhələdə Mərakeşin Təl-Əvivdə səfirliyinin fəaliyyətə başlaması planlaşdırılıb.
Qeyd edək ki, Mərakeş Kralı VI Məhəmməd 10 dekabrda İsrail ilə rəsmi ikitərəfli təmasların və diplomatik əlaqələrin ən qısa müddətdə bərpa olunacağını açıqlamışdı.