Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''SOCAR Methanol'' 45 milyon dollardan çox metanol ixrac edib

''SOCAR Methanol'' 45 milyon dollardan çox metanol ixrac edib

Tarix: 29 Dekabr 2020 14:00

Bakı. Fidan Babayeva - Trend:

2020-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 46,057 milyon dollar məbləğində metanol ixrac edib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabat dövründə 431 782 ton metanol ixrac edilib.

Hesabata əsasən, 2020-ci ilin yanvar-noyabr aylarında metanol ixracının Azərbaycanın ümumi ixracında payı 0,35 faiz, qeyri-neft ixracında payı isə 2,81 faiz təşkil edib.

Qeyd edək ki, "SOCAR Methanol" 2020-ci il ərzində 480 min ton metanol istehsal etməyi planlaşdırır.


Etiketlər:  SOCAR Methanol milyon dollardan çox metanol ixrac edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ