Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 15:06
İstər birinci Qarabağ müharibəsi, istərsə də 44 günlük Vətən müharibəsində Ermənistanın hərbi təcavüzləri həmişə, müharibə adətlərini, beynəlxalq humanitar hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə konvensiyalarının və bu konvensiyalara əlavə olunan protokolları kobud sürətdə pozulmaqla davam edib.
Bunu Sonxeber.net-a açıqlamasında beynəlxalq münasibətlər üzrə ekspert, siyasi fəal Yeganə Hacıyeva deyib.
Ekspert bildirib ki, hərbi qulluqçumuzun cəsədinin yandırılması dəhşətli müharibə cinayətidir:
"Dünən Azərbaycan hərbi qulluqçusunun cəsədinin erməni silahlı dəstələri tərəfindən yandırılması ilə bağlı sosial şəbəkə və digər informasiya mənbələrində yayılan videolar bu 44 günlük Vətən müharibəsində Ermənistanın humanitar hüququn norma və prinsiplərini, o cümlədən Cenevrə konvensiyalarının və bu konvensiyalara əlavə olunan protokolları kobud surətdə pozmasından kənarda, 21-ci əsrdə barbarlıqla törədilmiş dəhşətli müharibə cinayətidir. Ermənistan hərbçiləri azərbaycanlı hərbi qulluqçunu onun cəsədini meyitin üzərində həyata keçirdikləri qeyri-insani və mənfur əməlləri gizlətmək məqsədilə yandırıb.
Biz bu erməni barbarlığının daha öncə də, Xocalı genosidi zamanı, qətlə yetirdikləri mülki əhalinin meyitlərin üzərində aparılmasının şahidi olmuşuq. O zamanda da öldürülmüş insanları ailə üzvlərinə qaytaranda, bir çoxunun başının dərisi çıxarılmış, gözləri çıxarılmış, qarnı cırılmış halda meyitlər var idi.
Əsirlərin edam edilməsi, işgəncə edilməsi, alçaldılması və onlara qarşı pis rəftar Üçüncü Cenevrə Konvensiyasının kobud pozuntusu və müharibə cinayətləridir və belə rəftar silahlı qarşıdurma zamanı məhkəmədən kənar edam və işgəncə müharibə cinayətidir. Cəsədin yandırılması, talan edilməsi və ləyaqətə xələl gətirən digər hərəkətlər silahlı münaqişə qanunlarının pozulmasıdır və müharibə cinayətləridir".
Y.Hacıyeva qeyd edib ki, Ermənistan öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürsə də bu vəhşiliyi törətdi:
"Erməni hərbçilərinin törətdiyi bu müharibə cinayətlərinə görə dövlət olaraq Ermənistan dövlət olaraq hüquqi, siyasi və maddi məsuliyyət, bu müharibə cinayətini planlaşdıran, onu həyata keçirilməsinə rəhbərlik edən və icra edən şəxslər isə cinayət məsuliyyəti daşıyır.
Ermənistan Hərbi əsirlərlə rəftara dair III Cenevrə Konvensiyasına qoşulmaqla öz üzərinə hərbi əsirlərlə hər zaman humanist rəftar etmək öhdəliyini götürüb.
Digər tərəfdən Beynəlxalq Cinayət Məhkəməsinin Statutunda (Statute of İnternational Criminal Court) məhkəmənin yuridiksiyasına daxil olan cinayətlər siyahısındadır. Hazırda bu tip cinayətlərə 1998-ci ildə qəbul olunmuş "Beynəlxalq Cinayət Məhkəməsinə dair Roma Statutu" əsasında 2002-ci ilin iyul ayında Haaqada yaradılmış permanenet məhkəmə olan Beynəlxalq Cinayət Məhkəməsi (International Criminal Court-ICC) tərəfindən hüquqi qiymət verilir. Lakin Azərbaycan hərbçisinin cəsədinin yandırılması ilə bağlı ora müraciət edə bilmirik, çünki nə Azərbaycan, nə də Ermənistan Roma Statusunu ratifikasiya etməyib.
Baş verən cinayətlərə görə erməni siyasi rəhbərliyinin və hərbi canilərinin bu məhkəmədə mühakiməsi nəzəri olaraq bu iki halda ola bilər: Azərbaycan dövləti əgər Beynəlxalq Cinayət Məhkəməsindən bunu xahiş edərsə və hərbi canilərlə bağlı istintaq matreallarını məhkəməyə araşdırmaq üçün təqdim edəcəyi və ya əgər BMT Təhlükəsizlik Şurası BMT nizamnaməsinin VII fəslinə istinad etməklə vəziyyəti araşdıramq üçün Beynəlxalq Cinayət Məhkəməsinin prokurorunun araşdırmasına verəcəyi halda mümkün olardı. Amma nəzərə alsaq ki, BMT Təhlükəsizlik Şurasında veto hüququ olan beş daimi üzv var və onlardan da biri Fransadır, bu mümkün görsənmir.
Burada qeyd etmək istədiyim əsas məqam isə, erməni əsirlərlə bağlı Azərbaycana çağırış edən insan haqqları təşkilatlarının azərbaycanlı əsirin işgəncə ilə öldürülüb, izləri itirmək üçün yandırılması kimi dəhşətli hala səssiz qalmasıdır".
Təhməz Əsədov