Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Dekabr 2020 16:34
Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Başakşəhər"in baş məşqçisi Okan Buruku sərt cəzalandırıb.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, çalışdırıcıya 5 oyunluq cəza verilib. Buna Burukun Superliqanın son turunda "Fənərbaxça" ilə oyundakı (1:4) hərəkətləri səbəb olub.
Baş məşqçi oyunun gedişatında baş hakimə fiziki təzyiq göstərib, onun xəbərdarlıqlarına məhəl qoymayıb.
Okan Buruk bu hərəklərinə görə 38 min lirə (təqribən 8800 manat) cərimə də edilib.